12px13px15px17px
Tarix:25/10/13

“İKT-nin tələbinə uyğun cild-cild kitablara imza atmaq ziyalıların qarşısında duran əsas vəzifələrdəndir”

Azərbaycanda iqtisadiyyatın daha da şaxələndirilməsi, genişləndirilməsi və innovasiyalı iqtisadiyyatın formalaşdırılması istiqamətində işlər görülür.  Bundan sonra elm  sahəsi ilə biznes dünyası arasındakı əlaqələr inkişaf etdiriləcək.

Bu fikirlər Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında (ASK) ASK-nın rəhbərliyi ilə  Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisad İnstitutunun bir qrup əməkdaşı arasında keçirilən görüşdə səslənib.
 
Görüşdə bildirilib ki, ölkə siyasətinin əsas istiqaməti neft kapitalının insan kapitalına çevrilməsidir. Elmə göstərilən xüsusi dövlət qayğısının hər  bir azərbaycanlı əyani şahididir. Elmi nailiyyətlərin əldə olunması  üçün elmi mərkəzlərlə biznes qurumları arasında əlaqələrin  genişləndirilməsi olduqca əhəmiyyətli hesab olunur.
 
ASK-nın prezidenti Məmməd Musayev qeyd edib ki, konfederasiyanın təhsil sahəsinə, o cümlədən elmin inkişafına xüsusi önəm verir. ASK-nın təhsillə bağlı 2 komissiyasının fəaliyyət göstərdiyini deyən M.Musayev bu komissiyaların işinə elm adamlarının töhfə verə biləcəyini də istisna etməyib. ASK-nın prezidenti onu da vurğulayıb ki, konfederasiya AMEA-dan gələn təşəbbüsləri dəstəkləyir və hər zaman qarşılıqlı əməkdaşlığa hazırdır. İş adamlarının  mütəmadi elm-texnologiya sahəsində baş verən yenilikləri öyrənməyə maraqlı olduğu qeyd olunan görüşdə AMEA-nın İqtisad İnstitutunun təcrübəsinin biznes dünyası üçün əhəmiyyəti olacağı da istisna edilməyib.
 
Gələcəkdə konfederasiya tərəfindən təşkil olunan tədbir və treninqlərə AMEA-nın üzvləri  dəvət olunacaq, onlar mütəmadi olaraq ölkənin  biznes mühitində baş verən yeniliklərdən xəbərdar olacaqlar.
 
AMEA-nın İqtisad İnstitutunun direktoru İsa Alıyev isə qeyd edib ki, yeni elmi ixtiralara, məqalələrə, İKT-nin tələbinə uyğun cild-cild kitablara imza atmaq, təhsilin bütün  səviyyələri üzrə inkişafı ziyalıların qarşısında duran əsas vəzifələrdəndir. İ.Alıyev bildirib ki, biznes dünyası elm adamlarının yeni axtarışlar, araşdırmalar aparmasına  dəstək verərsə, bu kimi   məsələlərdə fəal olarsa, daha uğurlu  nəticələr əldə etmək olar. Qonaq  azərbaycanlı elm adamlarının adının gələcəyin "Nobel" mükafatçıları sırasına yazılması üçün, onların nəzəri biliklərini istehsalatda tətbiq etməsini zəruri hesab edib.
 
Görüşün sonunda ASK ilə  AMEA-nın İqtisad İnstitutu arasında  qarşılıqlı əməkdaşlığa dair protokolu imzalanıb.
 
Seymur Qasımbəyli



Baxış sayı: 602

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024