12px13px15px17px
Tarix:25/10/13

İnnovasiyalara ən çox sərmayə yatıran şirkətlərin adı açıqlanıb


Dünyanın nəhəng smartfon və yaddaş mikrosxemi istehsalçısı "Samsung Electronics" şirkəti elmi tədqiqatlar və işləmələrə (R&D) yatırılan sərmayələrin həcminə görə liderlik edən şirkətlər siyahısında ikinci yeri tutub.

Belə ki, "Booz&Company" beynəlxalq konsaltinq şirkətinin məlumatına əsasən, 2012-ci ilin iyun-iyulunda Cənubi Koreya istehsalçısı bu məqsədlə təxminən 1,04 milyard dollar xərcləyib. "Samsung"u yalnız "R&D" xərcləri həmin müddətdə 11,4 milyard dollar təşkil edən "Volkswagen" avtomobil konserni qabaqlayıb.

Üçüncü yerdə İsveçrənin "Roche Holding" (10,2 milyard dollar) əczaçılıq şirkəti qərarlaşıb. Dördüncü və beşinci yerləri tədqiqat və işləmələrə müvafiq olaraq 10,1 və 9,8 milyard dollar xərcləyən "Intel" və "Microsoft" korporasiyaları tutub.

Liderlər iyirmiliyində "Google" (6,8 milyard dollar), "IBM" (6,3 milyard dollar), "Nokia" (6,1 milyard dollar), "Panasonic" (6,1 milyard dollar) və "Sony" (5,7 milyard dollar) şirkətləri də yer alıb.

Qeyd etmək lazımdır ki, bundan əvvəl "Booz&Company" ekspertləri 10 ən innovasiyalı şirkətin reytinqini hazırlayıb. "Samsung" şirkətinin "Apple" və "Google"dan sonra üçüncü yerə layiq görüldüyü həmin siyahıya "Amazon", "3M", "General Electric", "Microsoft", "IBM", "Tesla Motors" və "Facebook" şirkətləri daxil olub, "DailyComm www.dailycomm.ru" yazır.  







Baxış sayı: 645

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024