12px13px15px17px
Tarix:28/10/13

Kitabxanalar simsiz internetlə təchiz olunacaq

“Azərbaycanın kitabxanalarında simsiz internet olacaq. Hazırda biz kitabxanalarda “wi-fi” şəbəkəsinin yaradılması üzərində işləyirik. Düşünürəm ki, bu layihəni yaxın vaxtlarda həyata keçirə biləcəyik”.
 
Bu barədə açıqlama verən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, hazırda regionlarda mövcud imkanlar bu tədbirləri həyata keçirməyə əsas verir:
 
“Bizim regionlarımızdakı kitabxana-informasiya mərkəzlərində bu imkanlar mövcuddur. Artıq Bakının bir neçə kitabxanasında bu işə başlamışıq və bunu genişləndirəcəyik. Nəinki kitabxanalar internetlə təmin olunmalıdır, biz hesab edirik ki, onlar yalnız kitabxana funksiyasını daşımamalıdırlar. Kitabxanalar eyni zamanda kitab klubları olmalıdır, insanlar həmin məkanlarda görüşüb fikir mübadiləsi aparmalıdırlar”.
 
Parklarda da “wi-fi” şəbəkəsinin quraşdırılmasının gündəmdə olduğunu önə çəkən nazir bunun  müsbət nəticələr verəcəyinə əminliyini ifadə edib: “Əlbəttə, “wi-fi” şəbəkəsi insanların gündəlik yığışdıqları yerlərdə olmalıdır. Bizim nəzərimizdə olan bəzi istirahət məkanları var, amma onların adını konkret olaraq deyə bilmərəm. Çünki bu iş yalnız proqram şəklindədir. Layihə təsdiq olunandan sonra məsələni bütün parametrlər üzrə danışa bilərik”.
 
SEYMUR
 



Baxış sayı: 863

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024