12px13px15px17px
Tarix:12/08/11

“Facebook”da virus yayılıb

“Facebook” sosial şəbəkəsində “Win32/Delf.QCZ” virus troyanı yayılıb, antivirus proqram təminatı istehsalçısı “ESET” şirkətinin saytında bu haqda məlumat verilib. Ziyanlı proqram təminatını daha çox Rusiya, Ukrayna və Belarus, həmçinin Tailand istifadəçiləri yükləyirlər. Virus “Facebook” çatı vasitəsilə yayılır. İstifadəçi mesaj alır. Mesajda isə troyanın olduğu sayta bağlantı yerləşdirilib. Bağlantıya sıxdıqda troyan yüklənir.
Ziyanlı proqram istifadəçinin loqin və şifrəsini oğurlayaraq onu sosial şəbəkəyə girişdən məhrum edə bilər, həmçinin digər şəxslərə maliyyə vəsaitlərinə giriş verən şəxsi informasiyanı ötürə bilər. Bundan başqa, “Win32/Delf.QCZ” əgər antivirus proqram təminatının virus bazası yenilənməyibsə, onun fəaliyyətini blok edə bilər. Məlumat üçün qeyd edək ki, 2011-ci il iyulun sonunda “Facebook” şəbəkəsində “Trojan.FakeAV.LVT” virusunun yayılması məlum olub. Virus kompyuterdən antivirus proqram təminatını silərək onu öz imitasiyası ilə əvəz edib.


lenta.ru



Baxış sayı: 1341

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024