12px13px15px17px
Tarix:29/10/13

Şifahi nitqi mətnə çevirən sistemin yeni versiyası hazırlanıb

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" haqqında 9 aprel 2013-cü il tarixli sərəncamına uyğun olaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yeni internet texnologiyalarının yaradılması istiqamətində işləri dəstəkləməkdə davam edir.

Nazirliyin dəstəklədiyi "Dilmanc" layihəsi çərçivəsində şifahi nitqi mətnə çevirən "Dilmanc" İmla sisteminin yeni versiyası yaradılıb.  "ICTnews" elektron xəbər xidmətinin layihənin rəsmi saytına istinadən verdiyi məlumata görə, istifadəçilər həmin sistemin yeni versiyasını layihənin "www.dilmanc.az" səhifəsindən öz kompüterlərinə yükləyə bilərlər (dilmanc.az/dilmanc-imla). Əvvəlki versiyadan fərqli olaraq bu versiyada istənilən redaktorda (məs. Microsoft Word, Notepad və s.) işləmək imkanı yaradılıb. Bundan əlavə, kursoru istənilən mətn pəncərəsinə (məsələn, brauzerin axtarış kriteriyası yazılan pəncərəsi, elektron cədvəllərin xanası və s.) qoymaqla mətn daxil etmək mümkündür.

Qeyd edək ki, "Dilmanc" layihəsi Azərbaycan dili üçün yeni texnologiyaların yaradılması istiqamətində işləri davam etdirir.

CAHANGİR



Baxış sayı: 593

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Sentyabr 2021

17 09 2021