12px13px15px17px
Tarix:29/10/13

Dünyada “IPTV” abunəçilərinin sayı artıb

2013-cü ilin birinci yarısının sonuna dünyada “IPTV” servisi abunəçilərinin sayı 87,2 milyona çatıb. Ötən 12 ay ərzində dünyada “IPTV” abunəçilərinin sayı 24 faiz artıb, xalis artım isə 17 milyon istifadəçi təşkil edib. Bu məlumatları “Point Topic” şirkətinin analitikləri açıqlayıb.

Tədqiqat müəlliflərinin fikrincə, Şimali Amerika, Qərbi Avropa və Asiyada “IPTV” servisi bazarının artım tempi inkişaf etməkdə olan Şərqi Avropa, Cənubi Amerika və Mərkəzi Amerika və Okeaniya regionları ilə müqayisədə daha ləng gedir.  

2013-cü ilin ortalarında dünyanın “IPTV” abunəçilərinin yarıdan çoxu Asiya, üçdə iki hissəsindən çoxu isə Çin sakinləri olub. Maraqlıdır ki, “IPTV” bazasının artım dinamikasının mənfi olduğu ölkələrə də rast gəlinib. Bunlar bu yaxınlarda “Yahoo!” şirkətinin yerli “IPTV” servisinin fəaliyyətini dayandırdığı Yaponiya, eləcə də İspaniya və İtaliyadır.  

2013-cü ilin sonuna “IPTV” abunəçi bazası üzrə daha çox artım Böyük Britaniyada müşahidə olunub. Burada, məsələn, “TalkTalk” operatoru “YouView” servisi istifadəçilərinin sayını fəal şəkildə genişləndirir. Hazırda Böyük Britaniya 10 ən böyük “IPTV” bazarı reytinqində abunəçi sayına görə Tayvanı sıxışdıraraq doqquzuncu yeri tutub.

“Point Topic”in məlumatına görə, 2013-cü ilin ikinci rübündə ilk onluğa daxil olan ölkələrdə nəzərəçarpacaq dəyişikliklər olmayıb. Belə ki, ən çox abunəçisi olan ölkələr siyahısına Çin (26,77 milyon), Fransa (14,22 milyon), ABŞ (11,22 milyon), Cənubi Koreya (7,5 milyon), Yaponiya (4,06 milyon), Rusiya (2,78 milyon), Almaniya, (2,54 milyon), Niderland (1,60 milyon), Böyük Britaniya (1,45 milyon), Belçika (1,43 milyon) daxildir, - “TelecomDaily www.tdaily.ru” yazır. 



Baxış sayı: 665

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024