12px13px15px17px
Tarix:29/10/13

Noutbuklar bazarında azalma tendensiyası davam edəcək

 "Digitimes Research" şirkətinin ekspertləri gələcəkdə noutbuklar bazarında azalmanın davam edəcəyini proqnozlaşdıraraq buna səbəb kimi planşetlərin artmaqda olan populyarlığının təsiri ilə onların tədarük həcminin azalacağını göstərirlər.

Belə ki, analitiklərin qiymətləndirməsinə görə, 2013-cü ildə dünyada ümumilikdə 170 milyon ədəd noutbuk tədarük ediləcək ki, bu da ötən ilin göstəricisindən 13 faiz azdır. Azalma 2014-cü ildə də davam edəcək (tədarük həcminin 6 faiz – 159 milyon ədədədək azalacağı gözlənilir).

Mütəxəssislər güman edirlər ki, gələcəkdə bazara daha çox noutbuk və planşet kompüter rejimində işləyə bilən hibrid qurğular çıxarılacaq. Bununla yanaşı, sensorlu noutbukların populyarlığı artacaq. Şirkət nümayəndələrinin qiymətləndirməsinə əsasən, gələn il belə modellərin nüfuzetmə dərəcəsi indiki 8,2 faizlik göstərici ilə müqayisədə 16,5 faizədək artacaq.

Bununla belə, analitiklər xəbərdarlıq ediblər ki, yaxın illərdə adı çəkilən qurğular qiymətlərinin çox baha olması səbəbindən noutbuklar bazarının inkişafında aparıcı rol oynaya bilməyəcək, - "DailyComm www.dailycomm.ru" yazır.    



 



Baxış sayı: 684

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024