12px13px15px17px
Tarix:29/10/13

ABŞ-da uşaqların 72%-i mobil qurğulardan istifadə edir

“Common Sense Media” şirkətinin araşdırmasına əsasən, mobil qurğulardan istifadə edən amerikalı uşaqların sayı iki ildə 34% artıb.

“ICTnews” elektron xəbər xidməti “www.gazeta.ru” saytına istinadən bildirir ki, 2011-ci ildə 8 yaşdan aşağı istifadəçilərin sayı 38% təşkil etdiyi halda,  hazırda bu göstərici 72%-dir.

Bundan başqa, müəyyən edilib ki, hazırda iki yaşdan aşağı uşaqların 38%-i mobil qurğulardan istifadə edir. 2011-ci ildə bu göstərici 10% olub.

Həmçinin məlum olub ki, uşaqların gün ərzində mobil qurğular arxasında keçirdiyi vaxt 15 dəqiqəyə qədər artıb. 2011-ci ildə bu göstərici 5 dəqiqə təşkil edib.

Sorğuda 1500 valideyn iştirak edib.

Emil Hüseynov



Baxış sayı: 629

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024