12px13px15px17px
Tarix:29/10/13

“Kasperski Laboratoriyası” şirkəti “Vertu” istifadəçilərinə antivirus təqdim edir


“Kasperski Laboratoriyası” şirkəti “lyuks klas”a aid olan mobil telefon istehsalçısı “Vertu” şirkəti ilə strateji əməkdaşlığa başlayıb.

“ICTnews” xəbər xidmətinin “www.cibersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, imzalanmış tərəfdaşlıq sazişinin şərtlərinə görə “Kasperski Laboratoriyası” şirkəti “Vertu” smartfonlarının sahiblərinə “Android” üçün “Kaspersky Internet Security” həllinə birillik pulsuz istifadə imkanı verir. Layihənin maliyyə təsərrüfatları həllinə pulsuz çıxış haqda məlumatı tərəflər açıqlamırlar.

Antivirus şirkətinin press-relizində bildirilir ki, “Android” platforması üçün xüsusi mühafizənin istifadəsi “Vertu” sahiblərinə qurğunun virusa yoluxmasının, məlumatların itkisinin və ya onların komprometasiyasının qarşısını alır. “Android” üçün “Kaspersky Internet Security” mobil ziyanverici proqram təminatından, haker hücumundan, fişinq və internetdə fırıldaqçılıqdan qorunmanı təmin edir. Bundan başqa, “Anti-vor” texnologiyası istifadəçilərə məsafədən oğurlanmış qurğuya çıxış təqdim edir və bədəməllərin məxfi məlumatlara yol tapmağına maneə törədir, həmçinin itirilmiş telefonu tapmağa imkan verir.

“Vertu”nun “Tövsiyə edilmiş əlavələr” rəsmi kolleksiyasının “Vertu tərəfdaşları” bölməsində “Android” üçün “Kaspersky Internet Security” lisenziyasını yükləmək olar.

Bu gün “Vertu” telefonlar xətti üç modeldən ibarətdir: “Vertu Ti”, “Signature” və “Constellation”. Bütün qurğular əllə İngiltərədə yığılır. “Vertu” telefonları dünyanın 66 ölkəsində satılır, şirkətin flaqman butikləri London, Moskva, Paris, Milan, Sinqapur, Honkonq, Tokio, Nyu-York və Las-Veqas kimi meqapolislərdə açılıb. Öncə “Vertu” brendi “Nokia”ya məxsus idi, lakin bir il yarım əvvəl Avropanın “EQT VI” investisiya fonduna  satılıb.

Aynur Vəliyeva
 
 
 



Baxış sayı: 713

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024