12px13px15px17px
Tarix:30/10/13

Hökumət Ödəniş Portalına qoşulan təşkilatların sayı artıb


Azərbaycanın Hökumət  Ödəniş  Portalına  (apus.az  saytı)  bir neçə yeni təşkilat qoşulub.
“Sinam” şirkətindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, bunlar Dövlət Gömrük Komitəsi, Fövqəladə Hallar Nazirliyi və İqtisadiyyat və Sənaye Nazirliyidir.

Artıq  vətəndaşlar  bu təşkilatlara aid olan  ödənişləri sərbəst – plastik  kart vasitəsilə və ya istənilən bank və poçt idarəsində nağd ödəyə bilərlər.

Hökumət Ödəniş Portalından “apus.az”  saytında göstərildiyi kimi “Azəriqaz”, “Azərenerji”, “Azəristiliktəchizat”, “AzərSu”, “Bakıelektrikşəbəkə”, Baş Dövlət Yol Polisi, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sosial Müdafiə Fondu, Fövqəladə Hallar Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, “Sumqayıt RET MMC”, Vergilər Nazirliyinin ödənişlərini etmək mümkündür və bu siyahı getdikcə genişlənir.
Qeyd edək ki, müvafiq proqram təminatı hazırda “Sinam” şirkəti tərəfindən müşayiət olunur.

Aynur Vəliyeva
 



Baxış sayı: 665

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024