12px13px15px17px
Tarix:30/10/13

Böyük Britaniyada “TASİM” layihəsinin təqdimatı keçirilib

Cari ilin 23 oktyabr tarixində Böyük Britaniyanın London şəhərində Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT), Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycanın Avropaya inteqrasiyası modeli” mövzusunda Kral Coğrafiya Cəmiyyətinin (Royal Geographic Society) binasında Forum keçirilib.

Tədbirdə Böyük Britaniya ictimaiyyətinin nümayəndələri, regionumuza maraq göstərən ekspertlər, gənc fəallar, işgüzar dairələrin, QHT-lərin və Londondakı diplomatik korpusun təmsilçiləri iştirak ediblər.
Sözügedən tədbirdə AGAT-ın sədri Gülsel Səfərova təmsil etdiyi təşkilatın fəaliyyəti haqqında məlumat vermiş, Forumun əhəmiyyətindən danışmışdır. Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov ölkəmizin son illər ərzində uğurlu inkişafı, Avropa İttifaqı (Aİ) ilə qarşılıqlı münasibətlərinin dinamikası, bu sahədə əldə olunmuş nailiyyətlər haqqında məlumat verib.


 “TASİM/EuraCA” beynəlxalq katibliyinin baş mütəxəssisi Səbinə Həsənova təqdimat ilə çıxış edərək layihə haqqında ətraflı danışmış, adı çəkilən layihənin ölkəmizin Avropaya inteqrasiyasında əhəmiyyətli rola malik olduğunu diqqətə çatdırıb. Səbinə Həsənova “TASİM” layihəsinin yaranma zərurəti, beynəlxalq aləm, həmçinin BMT səviyyəsində 2 qətnamənin qəbul olunması və layihəsinin texniki parametrləri barədə məlumat verib.

Tədbirdə habelə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Rövşən İbrahimov və  SAM-ın aparıcı elmi işçisi, enerji üzrə ekspert Gülmira Rzayeva Azərbaycanın regionda enerji təhlükəsizliyi və Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin mövcud vəziyyətindən iştirakçılara ətraflı məlumat veriblər.

Daha sonra məruzəçilər iştirakçıların suallarını cavablandırıblar.





Baxış sayı: 643

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Sentyabr 2021

17 09 2021