12px13px15px17px
Tarix:31/10/13

Hər gün 500 milyondan çox insan “Facebook”a mobil qurğularla daxil olur


 “Facebook” sosial şəbəkəsinin mobil auditoriyasının sayı saytın ümumi istifadəçilərinin sayına yaxınlaşmaqda davam edir.
Belə ki, son məlumatlara görə, sosial şəbəkənin mobil xidmətlərindən hər ay orta hesabla 874 milyon insan istifadə edir ki, bu da bir il əvvəl qeydə alınan nəticədən 45 faiz çoxdur. “Facebook” onu da bəyan edib ki, hazırda mobil reklamın şirkətin ümumi reklam mədaxilində payı təxminən 49 faiz təşkil edir.     


Sentyabrın sonuna olan məlumata görə, şəbəkənin aylıq aktiv istifadəçilərinin sayı ümumilikdə 1,19 milyardı ötüb. Bununla yanaşı, cari ilin üçüncü rübü ərzində saytın auditoriyası 400 milyon nəfər artıb. Hər gün “Facebook”dan təqribən 728 milyon nəfər istifadə edir ki, bu da ötən ilin göstəricisindən 25 faiz çoxdur.  
Qeyd edək ki, mobil texnologiyalar “Facebook”un biznesinin inkişafı üçün prinsipial əhəmiyyət kəsb edir. Məhz sosial şəbəkə mobil reklam göstəricilərinin artmasını açıqlayandan sonra şirkətin səhmlərinin dəyəri yüksəlməyə başlayıb, - “RİA Novosti www.ria.ru” yazır.   






Baxış sayı: 625

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024