12px13px15px17px
Tarix:01/11/13

“Google” şirkəti “Android 4.4” platformasını çıxarıb

“Google” şirkəti dünən “Android 4.4” mobil əməliyyat sistemini təqdim edib. Yeni platforma “Nestle” şirkəti tərəfindən istehsal edilən şokolad batonunun şərəfinə “KitKat” adlandırılıb.
“4.4” platformasında əsas yeniliklərdən biri təkmilləşdirilmiş telefon tətbiqi olub. Belə ki, artıq yalnız ünvan kitabçasındakı məlumatlar deyil, həm də coğrafi yaxınlıq üzrə yerləşən şirkətlərin kontakt məlumatları göstərilir. Bu informasiya “Google Maps”dan götürülür. SMS və “MMS Hangouts” tətbiqində açılır.
Bundan başqa, şirkət ƏS-nin interfeysini dəyişdirib.
 
 
“Google” şirkətindən bildirilib ki, “Android 4.4” platforması texniki xüsusiyyətləri zəif olan aparatlarda işləyə biləcək. Əməliyyat sisteminin işləməsi üçün 512 MB əməli yaddaş kifayətdir.
Şirkət, həmçinin “Android” platformasının bəzi əsas proqramlarını yeniləyib və ƏS-nə yeni tətbiqlər əlavə edib: “Quickoffice” ofis paketi, addımölçən və “Emoji” klaviaturası.
 
 
 
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Android 4.4” platforması əsaslı ilk smartfon yeni ƏS ilə eyni zamanda təqdim edilmiş “LG Nexus 5” aparatı olacaq. Yaxın həftələr ərzində “Nexus 4”, “Nexus 7” və “Nexus 10”, həmçinin “Samsung Galaxy S4 Google Edition” və “HTC One Google Edition” smartfonlarının istifadəçiləri əməliyyat sistemini 4.4 versiyasına kimi yeniləyə biləcəklər.
“Android” dünyanın ən populyar mobil əməliyyat sistemidir. 2013-cü ilədək bu platforma ilə işləyən milyarddan çox qurğu aktivləşdirilib.

Bu platformanın çatışmazlıqlarından biri fraqmentlik hesab edilir:  4.1.x sistemin ən populyar versiyasıdır. Qurğuların 36.5%-i bu sistemlə işləyir.

Emil Hüseynov



Baxış sayı: 495

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






12 İyul 2020

11 07 2020

11/07/20
“Xiaomi Mi Band 4” dünyada ən populyar fitnes bilərzikdir

Çinin “Xiaomi” şirkətinin rəsmi “Twitter” hesabında “Mi Band 4” fitnes trekerinin daşınan qurğular kateqori

11/07/20
“iPhone 12” smartfonunun qiyməti məlum olub

Yeni “iPhone” modelləri aktual nəsil “Apple” smartfonlarından daha bahalı olacaq

11/07/20
Dünyada ən populyar zərərli proqram təminatları bəlli olub

Bu ilin iyununda kibercinayətkarlar spam məktublar vasitəsilə bir çox hallarda qurbanların

11/07/20
Azərbaycan nümayəndəsi növbəti dövr üzrə ÜPİ-nin Xidmət Keyfiyyəti Fondu Şurasının sədr müavini seçildi

Ümumdünya Poçt İttifaqının (ÜPİ) Xidmət Keyfiyyəti Fondu (Quality of Service Fund – QSF) Şurasının iclasları “COVİD-