12px13px15px17px
Tarix:01/11/13

Səhmdarlar “Twitter”ə qarşı 124 milyon dollarlıq iddia irəli sürüblər

“Twitter” şrkətinə qarşı onları yalandan “Twitter”in səhmlərinin fərdi satışının təşkili ilə məşğul olmağa məcbur edən iki şirkət tərəfindən 124 milyon dollarlıq iddia sürülüb.

“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, satışın bəzi iri sərmayədarların maraqlarına görə təşkil ediləcəyi planlaşdırılırdı, sonra isə bu proqram ləğv edildi.
İki səhmdarın iddiasında bildirilib ki, bu əməliyyatlar hesabına “Twitter” İPO ərəfəsində öz qiymətli kağızlarına marağı artırmaq istəyib. İddia Mahxettenin Dairə Məhkəməsinə “Precedo Capital Group” və “Continental Advisors SA.” şirkətləri adından verilib.

“Precedo” və “Continental”da deyirlər ki, bu cür manipulyasiya hesabına “Twitter” öz kapitallaşmasını 10 milyard dollar səviyyəsindən yuxarı qaldırmaq istəyib və İPO diapazonunun yuxarı səviyyəsində yerləşmək istəyir.
İddiaçılar bildiriblər ki, “Twitter”də fərdi səhm yerləşdirilməsi üzrə əməliyyatı həyata keçirmək niyyətində olmadıqlarını bildiriblər, bu da komisyon rüsumların itkisi şəklində ziyana gətirib çıxardı.
“Twitter”in mətbuat xidmətindən bildirilib ki, səhmdar şirkətlərin iddiası əsassızdır, “Twitter” şirkətinin “Precedo” və “Continental”la heç bir işbirliyi olmayıb.

Qeyri-rəsmi məlumatlara əsasən, “Twitter”in IPO-su  təqribən noyabrın 15-də baş tutacaq və bu tarix başlanğıc tarixidir və yerləşdirmə daha gec baş tuta bilər.

“Twitter” IPO çərçivəsində 1 milyard dollar cəlb etmək niyyətindədir. “Twitter”in  planlaşdırdığı IPO “Morgan Stanley”, “JPMorgan Chase”, “Bank of America”, “Deutsche Bank”, “Allen&Co” bankları və “Code Advisors” şirkəti cəlb edilib. Bundan başqa, “Twitter” bildirib ki, şirkətin son bir ildə mədaxilinin iki dəfə artırılması sayəsində  onun balansı mənfi olaraq qalır və şirkət ilin nəticələri üzrə ziyanda qalır.

Aynur Vəliyeva


 



Baxış sayı: 594

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024