12px13px15px17px
Tarix:01/11/13

ABŞ-da “iPad Air” planşetinin satışlarına start verilib

Bu gün ABŞ-da “Apple” şirkətinin daha nazik və yüngül çəkili yeni “iPad Air” planşet kompüterinin satışlarına başlanılıb. 16 QB yaddaşla təchiz edilmiş standart modelin qiyməti vergi ödənişi nəzərə alınmadan 499 dollar təşkil edəcək.

“ICTnews” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, 9.7 düym diaqonallı Retina displeyə malik yeni qurğunun çəkisi 454 qramdır, onun korpusu əvvəlki modellə müqayisədə 20% daha nazikdir. Bu, 64 bit arxitekturalı A7 prosessorunun tətbiqi ilə izah olunur. Yeri gəlmişkən, analitiklərin fikrinə əsasən, yalnız hazırda istifadəçilər yeni prosessorla iş prosesindən ləzzət ala və əvvəlki modellərdən fərqi hiss edə biləcəklər. “iPhone 5S” qabaqcıl smartfonu, həmçinin sözügedən prosessorla təchiz olunub, analitiklərin fikrincə, lakin onun ekran ölçüsü kiçik olduğuna görə, elektron içliyin bütün imkanlarını qiymətləndirmək çətindir.

Kompüter, həmçinin təkmilləşdirilmiş 5 meqapiksellik “iSight” adlı kamera ilə təchiz edilib.
Artıq yeni cihazdan istifadə edənlər batareyanın avtonom iş vaxtını xüsusi qeyd ediblər: ekspertlərin müşahidəsinə əsasən, qoşulu “Wi-Fi” zamanı planşet 12-13 saat müddətində işləyib.

ABŞ korporasiyasının direktoru Tim Kukun sözlərinə görə, artıq 170 milyon "iPad" planşeti satılıb. Onlar üçün “Apple App Store” onlayn mağazasında 475 min tətbiq yaradılıb".

Emil Hüseynov
 



Baxış sayı: 654

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024