12px13px15px17px
Tarix:01/11/13

“NAO” robotu 19 dildə danışmağı öyrənib


“Aldebaran Robotics” şirkəti tərəfindən hazırlanan insanabənzər “NAO” robotu indi “Nuance Communication” şirkətinin nitqin tanınması “bulud” sisteminə qoşula bilir. Bu, robota ona edilən müraciətləri başa düşməyə və indiyədək danışdığı 8 dilin sayını 19-a çatdırmağa imkan verir.

Konfiqurasiyasından asılı olaraq qiyməti 4-16 min dollar olacaq robotların gələn ilin əvvəlində satışa çıxarılması planlaşdırılır. Lakin “NAO”-nu yalnız təhsil və tədqiqat müəssisələri ala biləcək.  
Boyu təxminən 58 sm olan “NAO” robotu müxtəlif yerlərdə gəzə, insan sifətlərini və obyektləri tanıya, eləcə də onların yerdəyişməsini izləyə, emosiyalar ifadə edə və toxunuşa reaksiya verə bilir. Bundan başqa, robot yıxılma zamanı əlləri üstdə qalxa da bilir. Robot 2 videokamera, 4 mikrofon, 1 ultrasəsli məsafəölçən, 2 infraqırmızı qəbuledici və şüalandırıcı, 1 inersiyalı hiqrometr və akselerometr, 9 takt ötürücü və 8 təzyiq vericisi ilə təchiz olunub.    
 
“NAO” 1,6 giqahers takt tezlikli “Intel Atom” prosessoru və “Linux” əməliyyat sistemi ilə işləyir. Şirkət robotun proqramlaşdırılması üçün vəsaitlər dəsti təklif edir, - "Computerworld www.osp.ru” yazır.  

 



Baxış sayı: 827

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024