12px13px15px17px
Tarix:01/11/13

“Sazz İnternet” Qax şəhərində də fəaliyyət göstərməyə başladı

“Sazz 4G” simsiz internet provayderi öz əhatə dairəsini genişləndirməyə davam edir. Balakən və Zaqataladan  sonra şirkət öz müştəri xidmətini artıq Qax şəhərində də istifadəyə verdi.  İndi Qax şəhərinin sakinləri  də “Sazz 4G” xidməti sayəsində saniyədə 10 meqabitə qədər sürətlə telefon xətti olmadan birbaşa internetə qoşula biləcəklər.

Hər yeni abunəçiyə 5 gün ərzində 200 meqabayt həcmində trafiklə “Sazz” şəbəkəsini sınaqdan keçirmək imkanı verilir. Həmin müddət ərzində xidmətdən narazı qalan abunəçilər ödənilmiş məbləği geriyə ala bilər. Qax şəhərindəki “Sazz 4G” müştəri xidmətləri və satış mərkəzi İmam Mustafayev küçəsi, 14 ünvanında yerləşir.

“Sazz İnternet”in  satış nöqtələri həftənin 7 günü, o cümlədən bayram günlərində müştərilərin ixtiyarındadır.
Yaxın  aylar ərzində provayderin əhatə dairəsinə Şəki, Quba, Qusar, Xaçmaz, Lənkəran, Masallı, Lerik və Astara şəhərləri əlavə ediləcək. Qeyd edək ki, “rouminq” xüsusiyyətinə malik olan “Standart” tarifi ilə internetə qoşulan abunəçilər “Sazz 4G İnternet”in əhatə dairəsinin istənilən nöqtəsində, o cümlədən, yuxarıda sadalanmış şəhərlərdə də heç bir əlavə xərc çəkmədən xidmətdən faydalana biləcəklər.
                                             
Hazırda “Sazz 4G İnternet”in əhatə dairəsinə Bakı, Xırdalan, Abşeron yarımadasının əksər qəsəbələri, o cümlədən Novxanı, Mehdiabad,  Zabrat, Maştağa,  Bilgəh, Zuğulba, Buzovna, Mərdəkan, Pirşağı, Şüvəlan, Şimal DRES, Dübəndi,  Qala, Binə, Suraxanı, Yeni Suraxanı, Hövsan, Masazır, Lökbatan, Şağan, Zığ, Pirallahı adası,  həmçinin də Sumqayıt, Mingəçevir, Gəncə və Balakən şəhərləri daxildir.
 
RƏVAN
 



Baxış sayı: 631

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024