12px13px15px17px
Tarix:01/11/13

Koreya Azərbaycanın İKT sahəsində bir sıra layihələr reallaşdıracaq

Koreyanın beynəlxalq əməkdaşlıq üzrə agentliyi (KOICA) Azərbaycanın təhsil sahəsində yeni layihə həyata keçirmək niyyətindədir.
“ICTnews” xəbər xidmətinin Koreyanın Azərbaycandakı səfiri Ço Suk-İnnomun müsahibəsinə istinadən verdiyi məlumata əsasən, bu “Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsinin və rəqəmli multimedia infrastrukturunun yaradılması layihəsi” və “Müəllimlərin potensialının gücləndirilməsi və təhsil informasiya sisteminin yaradılması layihəsidir”.

Azərbaycan regionlarında Koreya mütəxəssislərinin iştirakı ilə təlim mərkəzləri yaradılacaq. Layihə Koreyanın “Eximbank”ı ilə Azərbaycan Təhsil Nazirliyi ilə birgə həyata keçiriləcək. Layihə çərçivəsində şirkətlərdə iş axtarışı üzrə müxtəlif peşəkar kurslar keçiriləcək. Səfirin sözlərinə əsasən, hazırda hər iki tərəf bu layihənin reallaşması üçün tələb olunan sənədlər hazırlayırlar. Peşəkar hazırlıq mərkəzi 8 sahə üzrə fəaliyyət göstərəcək. Bunlar avtomobil, elektrotexnika, sənaye, avtomatlaşdırma, tikinti, elektronika və informasiya texnologiyaları sahələridir.

Mərkəz 800 təcrübəçi üçün təlimlərin keçirilməsini nəzərdə tutur (onlardan 320-si ikiillik kurslar, 480-ni isə daha qısamüddətli kurslar keçəcəklər). Layihənin maksimal büdcəsi 39.28 milyon dollar həcmində müəyyənləşdirilib, ondan 22 milyon dollar “EDCF of Korea”nın krediti hesabına ayrılacaq, qalan 17.28 milyon dolları isə - Azərbaycan hökumətinin ayırdığı vəsait hesabına formalaşacaq.

Aynur Vəliyeva



Baxış sayı: 761

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024