12px13px15px17px
Tarix:02/11/13

İnternetdə fəaliyyət göstərən saytların sayı 800 milyona yaxınlaşıb

“Netcraft” analitik şirkətinin məlumatına əsasən, noyabrın 1-də internetdə 785293473 sayt və bloq fəaliyyət göstərib ki, bu da ötən ayla müqayisədə 18 milyon daha çoxdur. Ən yüksək artım “Microsoft IIS” məhsullarında qeydə alınıb. Onun bazasına daha 13,2 milyon host əlavə edilib və nəticədə “Microsoft”un ümumi bazar payı 1.15% artıb.

“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “nginx” serverinin bazar payı isə əksinə 2%-lik azalaraq 14% olub. Son ayda “nginx” serveri tərəfindən xidmət edilən saytların bazası 13,1 milyon sayt azalıb. Bu halda, “nginx” serverini tərk etmiş istifadəçilərin yalnız 1,2 milyonu “Microsoft IIS” serveri, 1.4 milyonu isə “Apache”dan istifadəyə keçiblər. Ötən ay mövcud olmuş 23 milyon qovşaq hazırda domenlərin qeydiyyat müddətinin qurtarması ilə üz-üzə qalıblar.

Emil Hüseynov



Baxış sayı: 718

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024