12px13px15px17px
Tarix:02/11/13

“ICANN” ABŞ-ın tabeliyindən çıxmaq istəyir


“ICANN” domen tənzimləyicisi ABŞ-ın tabeliyindən çıxmaq istəyir. Domen tənzimləyicinin bu istəyinin səbəbi Snoudenin ifşasıdır.

“ICTnews” xəbər xidmətinin “www.therunet.com” saytına istinadən verdiyi məlumata əsasən, “ICANN” rəhbəri Fadi Şəhədin fikrincə, “ICANN”-ın ABŞ hökuməti ilə müqaviləsi çox geniş səlahiyyətlər nəzərdə tutur.
“ICANN”-ın beynəlxalq domen tənzimləyicisi olduğuna baxmayaraq şirkət ABŞ-da qeydiyyatdan keçib və Amerika hökumətinin tabeliyindədir. Misal üçün, hökumət domen sisteminin əsas zonasında dəyişiklik etmək və yeni yüksəksəviyyəli ümumi domenləri təqdim etmək hüququna malikdir.

F. Şəhəd hesab edir ki, bu cür vəziyyət domen mühitinin stabilliyini təmin edə bilməz və buna görə “ICANN”-ın yeni “qlobal” kontraktının yaradılmasını təklif edib. Eyni zamanda, əsas domen zonasının və domen adları sisteminin idarəetməsi məsələlərində hüquq boşluğunun yaranmasının qarşısını almaq üçün tələsik qərarlar qəbul etməməyi tövsiyə edib.

Ekspertlərin rəyinə əsasən, F. Şəhədi əsasən “mənəvi hüquq” məsələləri narahat edir, çünki Snoudenin sosial şəbəkələrdə Amerika hökumətinin qlobal “izləmə” ilə bağlı ifşasından sonra ABŞ hökumətinin hələ də demokratiya tərəfdarı olduğunu nümayiş etmək hüququnun olub-olmaması sual doğurur.

Digər tərəfdən, ekspertlər bir sıra ölkələrin (ilk növbədə Braziliyanın) hazırkı siyasi məqamdan istifadə edərək ABŞ-ın qlobal  şəbəkə idarəetməsi proseslərində rolunu azaltmağa çalışırlar. Vəziyyət eyni zamanda ayrı-ayrı fəallara müəyyən siyasi kapital qazanmağa imkan verir. Mükəmməl işləyən infrastruktur yaratmaq əvəzində kimisə günahlandırmaq və danlamaq daha asandır.

Domen qeydiyyatçılarının rəyinə əsasən, siyasi nöqteyi-nəzərdən qlobal şəbəkənin idarəetməsi, internetdə ünvan mühitinin inkişafı prosedurlarının və siyasətinin müəyyən edilməsi ilə heç bir ölkənin hökumətindən asılı olmayan təşkilat məşğul olmalıdır. “ICANN” planlı şəkildə fəaliyyətinin beynəlmiləlləşdirilməsi istiqamətində işlər görməlidir ki, bu gün   bunun üçün korporasiyaya de-fakto beynəlxalq statusu kifayət etmir. Çünki o de-yure  beynəlxalq qurum olmalıdır.

Ehtimal edilir ki, bu bəyanat “ICANN”-ın daha çox ictimaiyyətin ABŞ hökumətindən asılı olmadığını isbat etmək cəhdidir. Əslində isə ABŞ-ın “ICANN”-ın hazırkı idarəetmə sisteminə və texnoloji aspektlərinə böyük təsiri var.

Aynur Vəliyeva
 



Baxış sayı: 640

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024