12px13px15px17px
Tarix:04/11/13

“Elektron hökumət” portalında iki yeni elektron xidmət yerləşdirilib

"Elektron hökumət" (www.e-gov.az) portalı vasitəsilə göndərilmiş arayışları əldə etməyin və onları müvafiq quruma təqdim etməyin qısa yolu portala əlavə edilmiş "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi" və "Portal üzərindən verilən arayışların yoxlanılması" adlı elektron xidmətlərdən keçir.

"ICTnews" elektron xəbər xidmətinin portala istinadən verdiyi məlumata görə, istifadəçi "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi" xidmətinə daxil olduqda ekranda istifadəçinin "FİN"-ə uyğun fərdi məlumatları əks olunacaq. "Portal üzərindən verilən arayışların yoxlanılması" xidmətindən istifadə etmək üçün "PDF" formatında olan elektron müraciətin ştrix kodu təqdim olunan boş xanaya əlavə edilir. Nəticədə ekranda istifadəçiyə aid fərdi məlumatlar əks olunur.

Qeyd edək ki, həmin məlumatları kompüterdə yadda saxlamaq üçün "PDF" düyməsindən istifadə etdikdən sonra elektron poçt vasitəsilə e-mail şəklində istənilən ünvana göndərmək mümkündür.

CAHANGİR



Baxış sayı: 871

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024