12px13px15px17px
Tarix:04/11/13

Azərbaycanın aparıcı bankları İTİDF-nin Müşahidə Şurasına təkliflər təqdim edib


Müvəkkil kredit təşkilatları və banklar artıq Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (İTİDF) tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasına fond vəsaitlərinin paylanmasında iştirak etmək üçün müraciət ediblər.

Fonddan  “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, bu günədək ölkənin iki aparıcı bankı Müşahidə Şurasına bununla bağlı müraciət edib.

“Bu ilin sonuna kimi bizim əsas fəaliyyət istiqamətimiz müvəkkil kredit təşkilatlarının seçilməsinə yönəldiləcək. Hazırda daxil olan müraciətlərə fond tərəfindən baxılır və son qərar ilin sonunda keçiriləcək Müşahidə Şurasının növbəti iclasında qəbul ediləcək”, - deyə fondda bildiriblər.

Qeyd edək ki, bu günədək Müşahidə Şurası tərəfindən fondun fəaliyyətini tənzimləyən altı sənəd qəbul edilib.

Aynur Vəliyeva



Baxış sayı: 891

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024