12px13px15px17px
Tarix:04/11/13

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun proqram təminatı hazırlanır


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun daxili informasiya sisteminin yaradılması istiqamətində işlər aparılır.

Fonddan “ICTnews” xəbər xidmətinə verilən  məlumata əsasən, hazırda “D-Link” şirkəti tərəfindən “Müsabiqə layihələrinin elektron qəbulu sistemi”nin proqram təminatının hazırlanması üzrə işlər  aparılır.

Bu proqram təminatı vasitəsilə qrantların, kreditlərin faiz dərəcələrinin hesablanması, layihələrin qəbulu, kreditlərin ayrılması və fondun digər qurumlarla və müvəkkil bank və bank olmayan kredit təşkilatları ilə işinin həyata keçirilməsi nəzərdə tutulur. Ümumi məlumat bazası yaradılacaq və bu məlumat bazası üzərindən fondun banklarla qarşılıqlı işi təşkil ediləcək. Banklara müvafiq proqram təminatı və internet xidmətləri pulsuz təqdim ediləcək.

Bununla yanaşı, fondun rəsmi saytı “www.ictfund.gov.az” və ümumi daxili informasiya sisteminin təkmilləşdirilməsi istiqamətində işlər aparılır. İlin sonuna kimi fondun İT təchizatı üzrə işlərin başa çatdırılması gözlənilir.

Aynur Vəliyeva
 



Baxış sayı: 909

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024