12px13px15px17px
Tarix:04/11/13

İndoneziyalı hakerlər Avstraliyanın xeyli saytına müdaxilə ediblər

“Anonymous” haker qrupunun İndoneziya bölməsinə aid hakerlər noyabrın 3-də Avstraliyanın müxtəlif şirkətlərinin 100-dən çox saytına müdaxilə edilməsi üzrə məsuliyyəti öz üzərilərinə götürüblər.
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki,  “Sındırılmış” saytlarda "İndoneziyanı izləməkdən əl çəkin” tələbli yazı dərc edilib.

Beləliklə, hakerlər ABŞ Xüsusi Xidmət Orqanlarının keçmiş əməkdaşı Edvard Snouden tərəfindən təqdim edilmiş materiallara əsaslanan xəbərlərə cavab veriblər. Belə ki, həmin materiallara əsasən, Avstraliya səfirlikləri Asiya ölkələrində elektron məlumatların ələ keçirilməsi üçün istifadə edilib.

Emil Hüseynov



Baxış sayı: 689

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024