12px13px15px17px
Tarix:04/11/13

BTİ Asiya və Sakit Okean regionu üzrə ofisinə regional direktor axtarır

Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) Asiya və Sakit Okean regionu üzrə ofisinin regional direktoru vəzifəsinin tutulması barədə  vakansiya elan edir.
 
Regional direktor regional ofislər tərəfindən həyata keçirilən işlərin düzgün təşkilini, planlaşdırılmasını və  istiqamətləndirilməsini təmin etməlidir.    
İş yeri Tailandın Banqkok şəhərində yerləşir, müqavilənin müddəti 2 il təşkil edir.
Təhsilə dair tələblərə biznes ya dövlət idarə olunma, beynəlxalq inkişaf, iqtisadiyyat ya telekommunikasiya üzrə universitet diplomu daxildir.
 
İnkişaf proqramlarının həll olunması sahəsində minimum 15 il iş təcrübəsi tələb olunur. İş təcrübəsinin minimum 7 ilini beynəlxalq təcrübə təşkil etməlidir. Aidiyyəti sahə üzrə əldə olunan doktorluq dərəcəsi iş təcrübəsinin 3 ilinə bərabərdir.
 
Namizəd birliyin 6 rəsmi dilindən (ərəb, çin, ingilis, fransız, rus və ispan)  birində sərbəst danışmalıdır və ikinci dili orta səviyyədə bilməlidir. Üçüncü dili bilən namizədlərə üstünlük verilir. Şuranın 626 nömrəli qətnaməsinin müddəalarına uyğun olaraq dil tələbləri yalnız inkişaf etməkdə olan ölkələrdən olan namizədlər üçün yumşaldıla bilər, bu, o halda mümkündür ki, həmin ölkələrdən olan namizədlər təşkilatın 1 dilini yüksək səviyyədə bilsin. 
 
İllik maaş (vergi çıxılmaqla) işçinin öhdəsində ailə üzvləri olmadığı təqdirdə 189,968.USD - 216,343.USD, ailə üzvləri olduğu halda isə  205,522.USD - 236,112. USD təşkil edir.
 
Seçilən namizədlər yazılı testdə iştirak etmək üçün dəvət olunacaq, namizədlər müsahibə üsulu ilə seçiləcək. Daha çox qadınlara üstünlük verilir.
Müraciətlərin qəbulu dekabrın 3-nə qədər davam edəcək.

 
 İşin şərtləri haqqında bu link vasitəsilə - https://erecruit.itu.int/public/hrd-cl-vac-view.asp?jobinfo_uid_c=28092&vaclng=en daha ətraflı məlumat əldə etmək olar.

 



Baxış sayı: 1020

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024