12px13px15px17px
Tarix:04/11/13

Yaxın vaxtlarda bütün məktəblər yüksəksürətli internetə qoşulacaqlar

Yaxın vaxtlarda hazırlanacaq proqrama əsasən bütün təhsil müəssisələri yüksəksürətli internetə qoşulacaqlar.
 
Bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərin suallarını cavablandırarkən bildirib. Artıq bu istiqamətdə Təhsil Nazirliyi ilə müzakirələrə başlandığını deyən nazir qeyd edib ki, bu günə qədər təhsil müəssisələrinin təxminən 30-35 faizinin internetə qoşulması təmin olunub. Gələcək illərdə məktəblərin internetə qoşulmasının təmin edilməsi ilə yanaşı, qoşulma sürətinin artırılması da əsas vəzifələrdən biri kimi qarşıda durur:
 
“Əgər bu gün genişzolaqlı internetin sürətini 1 meqabit saniyə ilə hesablayırıqsa və hazırda məktəblərin internetə orta qoşulma sürəti 3-4 meqabit saniyəni ötmürsə, biz bu göstəricini təxminən 10 dəfə qaldırmalıyıq”.
 
Təhsil müəssisələrinin kompüter avadanlıqları ilə təchizatına gəlincə, nazir bu sahədə görülən işləri qənaətbəxş hesab edir: “Məktəblərin kompüter təchizatı yaxşıdır. Bu işlər Təhsil Nazirliyi tərəfindən həyata keçirilir, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi isə onlara dəstək verir”.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 789

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024