12px13px15px17px
Tarix:05/11/13

Yaponiyada nəhəng günəş elektrik stansiyasının inşası başa çatıb


Yaponiyanın Kaqosima prefekturasının inzibati mərkəzində nəhəng günəş elektrik stansiyasının tikintisi başa çatıb. Bu barədə layihə müəllifi “Kyocera” şirkətinin məlumatında deyilir.

Dəyəri 27 milyard yen (275 milyon dollar) təşkil edən stansiya 1,27 milyon kvadratmetr ərazidə yerləşir. Burada 290 min günəş paneli quraşdırılıb. Bu məqsədlə buxtada süni ada salınıb. Müəssisə ildə 78,8 meqavat enerji istehsal etmək gücünə malikdir. Bu, 22 min evi elektrik enerjisi ilə təmin etməyə kifayət edir. Yeni elektrik stansiyası "Kagoshima Mega Solar Power Corp.” korporasiyasının idarəetməsi altında fəaliyyət göstərəcək.

“Fukisima-1” atom elektrik stansiyasında qəzadan sonra Yaponiyanın siyasi xadimləri və ekspertlər alternativ enerji mənbələrinin inkişafını məqsədəuyğun sayır. Bununla əlaqədar ölkədə bərpa olunan təbii resurslar – külək enerjisi, günəş, dəniz dalğaları sayəsində fəaliyyət göstərən stansiyaların sayı artır, - “İTAR-TASS www.itar-tass.com” yazır. 
 



Baxış sayı: 674

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024