12px13px15px17px
Tarix:05/11/13

“B&B TV” şirkəti “Azerfon” şirkətinin “MobilTV” kontentini genişləndirib

Azərbaycanın ilk kabel televiziyası operatoru "B&B TV" şirkəti "Azerfon" şirkəti ilə birgə layihə həyata keçirir.
Şirkətdən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, artıq bir neçə aydır ki, "B&B TV" şirkəti "Azerfon" şirkətinin " MobilTV" xidməti çərçivəsində xarici telekanalların retranslyasiyasının təmin edilməsi ilə bağlı layihəni həyata  keçirib.

"Hazırda bu sistem test rejimində işləyir. Layihə çərçivəsində biz "Azerfon" şirkətinin abunəçilərinə yerli kanallarla yanaşı, daha 6 xarici kanalın retranslyasiyasını təmin etmişik. Əsasən bu, idman və xəbər kanallarıdır, çünki mobil qurğular vasitəsilə insanlar adətən filmlərə baxmırlar, onlar müxtəlif idman  yarışmalarına baxmağı çatdırmayanda və ya xəbərləri izləmək istədikdə "MobilT V" xidmətinə müraciət edirlər",- deyə şirkətdən  bildiriblər.

Gələcəkdə bu xidmətə tələbat olduğu təqdirdə retranslyasiya edilən kanalların sayının artırılması istisna edilmir.

Qeyd edək ki, şirkət "MobilTV" xidməti çərçivəsində retranslyasiya edilən xarici telekanalların  sayını artırmaqla bağlı eyni zamanda "Bakcell" şirkəti ilə də danışıqlar aparıb, lakin hələ ki, konkret layihənin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilməyib.

Aynur Vəliyeva



Baxış sayı: 722

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024