12px13px15px17px
Tarix:05/11/13

Azərbaycanda Rusiya İT şirkətinin nümayəndəliyi açılıb

Bu gün Bakıda Rusiyanın “Polimedia” İT şirkətinin nümayəndəliyinin açılışı ilə bağlı təqdimat mərasimi keçirilib.

Azərbaycanın müxtəlif dövlət və özəl strukturlarının iştirak etdiyi tədbirin açılış mərasimində Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin çıxış edərək Azərbaycanın İnformasiya Texnologiyaları sektorunun sürətlə inkişaf etdiyini və bu inkişafın  xarici şirkətlər üçün böyük marağa səbəb olduğunu bildirib.
“Rusiya şirkətlərinin yerli bazarda fəaliyyətlərini genişləndirdiklərini görmək çox sevindirici haldır. Azərbaycanla Rusiya arasında İKT sahəsi üzrə əməkdaşlığın genişləndirilməsi müsbət haldır”, - deyə o bildirib.

Öz növbəsində “Polimedia” şirkətinin baş direktoru Elena Novikovanın “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, “Polimedia” Azərbaycanın dövlət strukturları, energetika, maliyyə, telekommunikasiya, təhsil sektoru və biznes sahəsində fəaliyyət göstərən müəssisləri üçün məlumatların vizuallaşdırılması üzrə tətbiqi həllər və layihələr təqdim etməyi nəzərdə tutur.

“Əldə edilən  məlumatın 80%-dən çoxu vizual kanallar vasitəsilə ona çatdırılır və bunu nəzərə alaraq deyə bilərik ki, müasir dövrdə məlumatların vizuallaşdırılması böyük əhəmiyyət kəsb edir. Əvvəlki illərdə bu proseslər proyektorlar vasitəsilə həyata keçirilirdisə, hazırda onlar öz yerlərini kreativ həllər üçün nəzərdə tutulmuş displey texnologiyalarına veriblər. Bura müxtəlif situasiya mərkəzlərinin, aerokosmik sistemlərin idarə edilməsi üçün nəzərdə tutulmuş videodivarları qeyd etmək olar”, - deyə o bildirib.

Tədbir çərçivəsində dövlət orqanlarının və bələdiyyələrin idarəetməsi, biznesin effektiv inkişafı və təhsildə tətbiq edilmək üçün nəzərdə tutulmuş texnologiyalar nümayiş etdirilib.

Şirkətin kollec və ali məktəb tələbələrinin təlimi üçün nəzərdə tutulmuş ən son dünya tendensiyaları və texnologiyaları - distant təhsil, rəqəmli laboratoriya, interaktiv qurğular da təqdim olunub.

Aynur Vəliyeva
 



Baxış sayı: 861

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024