12px13px15px17px
Tarix:05/11/13

Uşaq hüquqlarının təmin edilməsi haqda elektron məlumat bankı yaradılacaq

Azərbaycanın ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsi gələn il uşaq hüquqlarının təmin edilməsi haqda  elektron məlumat bankını yaratmağa başlayacaq.

Dövlət komitəsindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən,
Məlumat bankının yaradılması üçün nəzərdə tutulmuş vəsaitin ayrılması 2014-cü ilin büdcəsinə daxil edilib.
“Hazırda Uşaqların hüquqlarının təmin edilməsi üzrə elektron məlumat bankının strukturu hazırdır.

Gələn il məlumat bankının proqram təminatı və  tələb olunan avadanlıqlar sifariş ediləcək, bu günədək artıq bu sahədə işləyən şirkətlərlə danışıqlar aparılıb və ilkin hesablamalara görə, layihənin həyata keçirilməsinə 100 min manat vəsait tələb oluna bilər. Sistemin hazırlanması üçün ən azı 9 ay müddət tələb olunur, sonra isə mürəkkəb sistemin gələcəkdə mükəmməl işləməsini təmin etmək məqsədi ilə onun bir neçə ay ərzində testləşdirilməsi nəzərdə tutulub. Bütün bunları nəzərə alsaq, məlumat bankının istifadəyə verilməsini 2015-ci ilin əvvəlində gözləmək olar”,- deyə o bildirib.

Qeyd edək ki, “Uşaq hüquqlarının təmin edilməsi haqda elektron məlumat bankının təşkili və aparılması qaydaları” bu ilin əvvəlində Nazirlər Kabineti tərəfindən təsdiqlənib.

Məlumat bankına ölkədə doğulan bütün uşaqlar haqda tam məlumatlar daxil edilir, bura onun valideynləri, qeydiyyatda olduğu yer, oxuduğu təhsil ocağı, qiymətləri, sağlamlığı, asudə vaxtının keçirilməsi, məşğul olduğu idman növləri, aldığı sosial müavinətlər, alimentlər və s. məlumatlar daxil edilir. Buraya eyni zamanda 15 yaşdan yuxarı uşaqların əmək məşğulluğu, qanun pozuntuları, həddi-buluğa çatmayan qız uşaqlarının dünyaya gətirdikləri uşaqlar və digər faktlar haqda məlumatlar daxil edilir. 18 yaşa çatan uşaqların elektron anketləri 25 ildən sonra məhv edilir.

Aynur Vəliyeva
 



Baxış sayı: 792

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024