12px13px15px17px
Tarix:07/11/13

Almaniyanın nüfuzlu “Die Velt” qəzeti Azərbaycanın nanotexnologiya sahəsində tədqiqatlarından yazıb

Almaniyanın nüfuzlu “Die Velt” (“Die Welt”) qəzetində son on il ərzində Azərbaycanın siyasət, iqtisadiyyat, İKT, mədəniyyət sahəsində qazandığı uğurlar barədə geniş məqalə dərc edilib.
 
Məqalədə Azərbaycanın neft gəlirlərinin ölkənin inkişafında oynadığı rol, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın mühüm ölkəyə çevrildiyi diqqətə çatdırılıb, bu baxımdan qısa müddətdə yaradılan etibarlı ixrac neft və qaz kəmərləri sisteminin rolu qeyd olunub, ölkəmizin Avropaya qaz nəqli sahəsində həyata keçirdiyi “Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyəti vurğulanıb. Bildirilir ki, layihə çərçivəsində TAP boru kəmərinin gerçəkləşməsində Almaniyanın “Eon” şirkəti ARDNŞ-nin tərəfdaşları sırasındadır.
 
Məqalədə həmçinin, SOCAR-ın ''Nanotexnologiyalar'' Elmi-İstehsalat Mərkəzinin Almaniya araşdırma mərkəzləri ilə əməkdaşlığı da qeyd olunub. “Die Velt”in yazdığına əsasən SOCAR-ın Almaniyada elm və tədqiqat sahəsində yaradacağı şirkət neft və qaz hasilatında yeni nəsil nanotexnologiyaların inkşafı sahəsində ixtisaslaşacaq.
 
 
Məqalədə Elmi-İstehsalat Mərkəzində nanotexnoloji yeniliklərin neft-qaz hasilatı və nəql olunmasında tətbiqinə xüsusi diqqət yetirilməsilə yanaşı, sənayenin digər sahələri üçün ''Nanosement'' kimi bir sıra texnologiyaların yaradıldığı da vurğulanıb.
 
SEYMUR
 



Baxış sayı: 684

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024