12px13px15px17px
Tarix:07/11/13

Son rübün smartfon bazarının yekunları açıqlanıb


ABŞ-ın smartfon bazarında lider hazırda payı 40 faizi ötən "Apple" şirkətidir. Lakin son 3 ayda Cənubi Koreyanın "Samsung" şirkəti liderlə müqayisədə daha yüksək artım tempi nümayiş etdirib. Nəhəng istehsalçılar beşliyində yer alan "HTC", "Motorola" və "LG" şirkətlərinin artım tempində, əksinə, azalma qeydə alınıb.  

Bundan başqa, mobil əməliyyat sistemləri bazarında liderlik "Google Android" sisteminə məxsusdur. İkinci yerdə "iOS" əməliyyat sisteminin sahibi "Apple" qərarlaşıb. Hazırda "iOS" bazarda payını artırdığı halda "Android" itirir.

Yuxarıda göstərilən məlumatlar "comScore" analitik şirkəti tərəfindən smartfonlar bazarında aparılan yeni tədqiqatın nəticələridir. Şirkətin açıqladığı məlumatda o da qeyd olunur ki, cari ilin sentyabrına olan vəziyyətə görə, 147,9 milyon amerikalı smartfon sahibidir. Bu, iyun göstəricisi ilə müqayisədə 4,5 faiz çoxdur.   
 
Sentyabrda smartfonlar bazarında "Apple"ın payı 40,6 faiz, bazar pay artımı isə iyunla müqayisədə 0,7 faiz təşkil edib. "Samsung"un payı 1,2 faiz artaraq 24,9 faizə, "HTC"-nin payı 1,4 faiz azalaraq 7,1 faizə bərabər olub, "Motorola"nın payı 6,6 faiz  azalıb (0,4 faiz azalma). Lakin  "Samsung" payı, demək olar, dəyişməz qalıb (6,6 faiz), - "3DNews www.3dnews.ru" yazır.



Baxış sayı: 804

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024