12px13px15px17px
Tarix:08/11/13

Qlobal İT bazarının artım tempi zəifləyib

"International Data Corporation" (IDC) şirkətinin analitiklərinin proqnozuna görə, gələn il İT bazarının artım tempi ABŞ və Avropa iqtisadiyyatının bərpası sayəsində, həmçinin Çinin dünya bazarı üçün  əhəmiyyətinin artmasına görə sürətlənəcək.

Onların qiymətləndirməsinə görə, 2013-cü ildə qlobal miqyasda informasiya texnologiyalarına sərf edilmiş xərclərin həcmi təxminən 2,04 trilyon dollar təşkil edəcək ki, bu da ötən illə müqayisədə 4% daha çoxdur. Ötən il 5% irəliləyiş qeydə alınmışdı. Artım dinamikasının zəifləməsi Çin və Rusiyada iqtisadi tənəzzüllə bağlıdır.

"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, 2014-cü ildə İT xərclərdə yenidən 5%-lik artım qeydə alınacaq və onun həcmi 2,14 trilyon dollar olacaq. Mobil qurğular bazarın aparıcı qüvvəsi olaraq qalacaq.

Ötən ildən müxtəlif regionlarda korporativ İT xərclərinin həcmi aşağıdır. Bu, əsasən, fərdi kompüter (FK), server və məlumatların saxlanılması qurğularına aiddir.

Gələn il server, saxlanc və şəbəkə məhsulları seqmentlərində İT xərclərin həcmi 4% artacaq,  halbuki 2013-cü ildə yalnız 1%-lik artım qeydə alınacaq.

"Gartner" analitik agentliyinin versiyasına görə, 2013-cü ildə qlobal İT xərclərin həcmi 3,7 trilyon dollar təşkil edəcək. Ötən illə müqayisədə 2%-lik artım qeydə alınıb.

Emil Hüseynov



Baxış sayı: 476

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020