12px13px15px17px
Tarix:08/11/13

Pensiya kartı sahibləri üçün yeni proqram təqdim edilib

Azərbaycan Beynəlxalq Bankında xidmət olunan bütün pensiya kartlarına 100 manat  məbləğində faizsiz kredit limiti açılıb.

Mərkəzdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, buna görə pensiyaçıdan heç bir əlavə komisyon haqqı tələb olunmur.

Pensiyaçı ona ayrılmış bu limiti ATM də nağdlaşdıra bilməz, yalnız layihə çərçivəsində ABB ilə müqavilə imzalamış ticarət obyektlərində (supermarketlər, apteklər) istədiyi zaman  xərcləyə bilər. Yaranmış borc növbəti ay pensiyaçının kartına mədaxil olunacaq pensiya vəsaiti hesabına bağlanır. Yalnız bundan sonra kredit limiti yenidən avtomatik olaraq aktivləşəcək. Azərbaycan Beynəlxalq Bankında xidmət olunan bütün pensiya kartları (yalnız DSMF – yə məxsus olan kartlar, ƏƏSMN-ə məxsus kartlar istisna olmaq şərti ilə) avtomatik şəkildə layihəyə qoşulur.

Hazırda proqrama qoşulmuş ticarət subyektləri bunlardır:   “ARAZ” supermarketlər şəbəkəsi, “Makro Market” supermarketlər  şəbəkəsi, “Riyadfarm” apteklər şəbəkəsi. Gələcəkdə ticarət obyektlərinin sayının  davamlı şəkildə artırılacağı gözlənilir.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 656

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020