12px13px15px17px
Tarix:12/11/13

Smartfon istifadəçilərinin sayı 3 dəfə artacaq

İsveçin telekommunikasiya avadanlığı istehsalçısı “Ericsson” şirkəti ekspertlərinin proqnozlarına görə, yaxın 6 ildə smartfon istifadəçilərinin sayının 3 dəfə artacağı gözlənilir.

Məlumata əsasən, 2019-cu ilin sonunadək mobil rabitə abunəçilərinin sayı 4 dəfə artaraq 9,3 milyard nəfərə çatacaq. Bununla yanaşı, bu müddət ərzində smartfon istifadəçilərinin sayı inkişaf etməkdə olan ölkələrdə bu qurğulara olan tələbat sayəsində 1,9 milyarddan 5,6 milyardadək artacaq.

“Ericsson”un vitse-prezidenti və strategiya üzrə direktoru Duqlas Cilstrep smartfonların bazara nüfuzetməsinin artım tempini yüksək qiymətləndirib. Onun sözlərinə görə, dünyada ilk bir milyard smartfonun yaranmasına 5 ildən çox vaxt lazım olub, halbuki 2 milyardlıq nəticəyə 2 ilə - 2014-cü ildə nail olunacaq.
Altı ildən sonra smartfon istifadəçiləri 10 ekzabaytlıq veb-trafikdən istifadə edəcək ki, bu da hazırkı göstəricidən 10 dəfə çoxdur. Mobil trafikin yarıdan çoxu videokontentin payına düşəcək, sosial şəbəkələr və internet servisləri 10 faizlik paya sahib çıxacaq. 
 
“Ericsson” un hesabatında qeyd olunur ki, 2013-cü ilin üçüncü rübündə smartfonların payı 55 faizə çatıb və mobil şəbəkələrə qoşulmalarda bu qurğuların payı 25-30 faiz təşkil edir.
“Strategy Analytics” şirkəti analitiklərinin məlumatına görə, ötən rübdə smartfonların tədarük həcmi illik hesablamada 45 faiz artaraq 251,4 milyon ədədə çatıb ki, bu da dünya mobil telefonlar bazarının ümumi həcminin 60 faizinə uyğundur, - "3DNews www.3dnews.ru” yazır.
 



Baxış sayı: 655

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024