12px13px15px17px
Tarix:12/11/13

İnnovasiya, elm tutumlu məhsul, qabaqcıl texnologiyaların hazırlanması və tətbiqi məqsədilə Təcrübi-Sənaye Zavodu AMEA-nın tabeliyinə verilib

Azərbaycanda innovasiyaların, elm tutumlu məhsulların, qabaqcıl texnologiyaların hazırlanması və istehsalatda tətbiqi, elmin müxtəlif sahələrinə aid elmi tədqiqat və təcrübə-konstruktor işlərinin səmərəli nəticələrlə başa çatdırılması işi daha da sürətləndiriləcək. Bu məqsədlə AMEA Rəyasət Heyətinin növbəti iclasında AMEA Neft-Kimya Prosesləri İnstitutunun nəzdində olan Təcrübi-Sənaye Zavodunun bilavasitə AMEA Rəyasət Heyətinin tabeliyinə verilməsi qərara alınıb.
 
AMEA-dan bildirilib ki, sözügedən zavod son illər ərzində AMEA-nın, eləcə də Azərbaycan elminin müxtəlif sahələrinin elmi-təcrübə poliqonuna çevrilib. İclasda AMEA-nın vitse-prezidenti, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru, akademik Tofiq Nağıyev zavodun son 10 ildə elmin müxtəlif sahələrinin, sahələrarası elmin sifarişlərini yerinə yetirərək, ümumakademiya miqyaslı elmi-təcrübə, elmi-sınaq xarakterli sənaye müəssisəsinə çevrildiyini vurğulayıb.
 
 
Qeyd edək ki, Azərbaycan və bir sıra MDB ölkələrinin 20-dək elm və təhsil müəssisələri ilə birbaşa elmi və elmi-texniki layihələr həyata keçirmiş zavodda mənfəət, daxili ehtiyatlar, kreditlər, qrantlar və sairə hesabına 20-dək laborator, pilot, təcrübə və təcrübə-sənaye qurğuları quraşdırılmış, 10 eksperimental-istehsalat sahəsi yaradılıb.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 656

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 May 2020

28 05 2020