12px13px15px17px
Tarix:12/11/13

Lütfi Zadəyə həsr olunan konfrans keçiriləcək

Cari ilin 16-18 dekabr tarixlərində ABŞ-ın Texas ştatının San-Antonio şəhərində "The 3rd Annual World Conference on Soft Computing" (WCSC) adlı konfrans keçiriləcək.
 
Tədbirin təşkilatçıları ABŞ-ın San-Antonio Universiteti və Azərbaycan Texniki Universitetidir. "WCSC-2013" süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi azərbaycanlı alim, Kaliforniya Berkli Universitetinin professoru Lütfi Zadənin elmi tədqiqatlarına həsr olunub.
 
 Konfransın fəxri sədrləri professor Lütfi Zadə və rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasovdur.
 
Konfransın mövzularına qeyri-səlis çoxluqlar, qeyri-səlis riyaziyyat, qeyri-səlis məntiq, qeyri-səlis ədədlər, qeyri-səlis sistemlərin neyro-qeyri-səlis modeli, qeyri-səlis nəzəriyyənin sənaye tətbiqləri, qeyri-səlis öyrənmə, hüquq-məhkəmədə qeyri-səlis məntiq, qeyri-səlis reqressiya, yumşaq hesablamalar nəzəriyyəsi və s. daxildir.
 
 
Həqiqət İSABALAYEVA
 
 



Baxış sayı: 746

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024