12px13px15px17px
Tarix:13/11/13

İcazələrin elektron informasiya portalının istifadəçilərinin sayı 200 mini ötüb

İcazəverici sənədlər və onların alınması prosedurları barədə ölkə vətəndaşlarının, eləcə də sahibkarların məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən yaradılmış “www.icazeler.gov.az” portalının xidmətlərindən indiyədək 202 minə yaxın internet istifadəçisi yararlanıb. Nazirliyin yaydığı məlumata görə, təkcə oktyabr ayında 12500-dən çox internet istifadəçisi portalı ziyarət edib.

Oktyabr ayında portalın istifadəçiləri arasında 37 ölkədən - Böyük Britaniya, Rusiya, ABŞ, Türkiyə, Almaniya, Ukrayna, Latviya, Cənubi Koreya, Qazaxıstan, Gürcüstan, İtaliya, Norveç, BƏƏ, Avstraliya, Fransa, Malayziya, Macarıstan, Hindistan, Polşa, İsveç, Avstriya, Hollandiya, Yaponiya və s. olan istifadəçilər üstünlük təşkil edib.

Qeyd edək ki, sahibkarların məlumatlılıq səviyyəsini artırmaq, qanunvericilik aktlarının hazırlanması prosesində onların yaxından iştirakını təmin etmək məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarının qanunvericilik aktlarının layihələri də icazələrin elektron informasiya portalında yerləşdirilir. İndiyədək 17 dövlət qurumunun 129 qanunvericilik aktlarının layihəsi ictimai müzakirəyə təqdim olunmaq üçün icazələrin elektron informasiya portalında yerləşdirilib.

CAHANGİR



Baxış sayı: 696

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024