12px13px15px17px
Tarix:13/11/13

“Elektron hökumət” portalına daxil olmaq üçün kod-parol alan istifadəçilərin sayı 21 500-ə çatıb

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzi (MHM) “Elektron hökumət” portalına daxilolmaların növbəti statistikasını təqdim edib.
 
 Statistik uçotun aparıldığı tarixdən - 2012-ci ilin dekabrından 2013-cü ilin oktyabr ayının 31-nə qədər portala daxil olanlar haqda toplanan məlumatlar göstərir ki, portala ümumilikdə 392 845 daxilolma qeydə alınıb.
 
 Portala müraciət edənlərin ümumi sayı isə 229 398 nəfər olub. Belə ki, 229 398 nəfər ümumən 392 845 dəfə portala baxıb və  579 643 elektron xidmətə müraciət ediblər. Həmin şəxslər 1 367 846 dəfə müxtəlif səhifələrə keçid ediblər və portala sərf etdikləri vaxt ortalama  4 dəqiqə 44 saniyə olub.
 
Ümumilikdə bu gün vətəndaşlarımızın portala marağının artması müşahidə olunmaqla yanaşı, təkrarən portala müraciət edənlərin də kütlə nisbəti artmaqdadır. Bu dövr ərzində portala müraciət edənlərin 58,6%-ni yeni istifadəçilər, 41.4%-ni isə təkrar müraciət edənlər təşkil edib.
 
 
Müqayisə üçün oktyabr ayının statistikasına nəzər salsaq, bu dövrdə portala 33 658 daxilolma qeydə alınıb. Portala müraciət edənlərin ümumi sayı isə 21,700 nəfər olub. Həmin şəxslər 115,420 olmaqla, müxtəlif səhifələrə keçid ediblər, 78 390 xidmətə müraciət edib və portala sərf etdikləri vaxt ortalama 5 dəqiqə 03 saniyə təşkil edib. Oktyabr ayı ərzində portala müraciət edənlərin 51%-ni yeni istifadəçilər, 49%-ni isə təkrar müraciət edənlər təşkil edib.
 
 
Portala daxil olmaq üçün sadələşdirilmiş kod-parol alan istifadəçilərin sayı bu gün 21 500-ə çatıb. Azərbaycan Respublikasında yaşayan və şəxsiyyət vəsiqəsinə sahib olan istənilən vətəndaş kod-parol əldə edə bilər. Portalın “Facebook” sosial şəbəkəsində istifadəçilərinin sayı isə 92 000 nəfər təşkil edir. Portal üzərindən təqdim edilən xidmətlərin sayı 272 ədəd olub.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 716

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024