12px13px15px17px
Tarix:13/11/13

“Apple” yeni texnologiya və avadanlıqlara 10,5 milyard dollar ayıracaq


“Apple” şirkəti üçün 2013-cü il sentyabrın sonunda başlayan 2014-cü maliyyə ilində ABŞ istehsalçısı kapital xərcləri üçün rekord 10,5 milyard dollar məbləğində vəsait ayırmaq niyyətindədir ki, bu da bir il əvvəldən 61 faiz çoxdur və 2008-ci ilin göstəricisini 10 dəfə üstələyir. Bu vəsaitlərin əsas hissəsi texnologiyaların inkişafı və yeni avadanlıqların yaradılması üçün nəzərdə tutulur.   

Belə ki, ABŞ şirkəti vəsaitləri “MacBook” kompüterlərinin alümin korpuslarının istehsalı üçün frezer və lazer dəzgahların, eləcə də "iPhone 5c” smartfon modelinin plastik korpuslarının cilalanması üçün avadanlıqların alınmasına və mobil qurğuların rəqəmli kameralarının optik şüşələrinin sınaqlarına yönəldəcək.


“Apple” kapital qoyuluşunun məbləğinə görə yalnız bir elektronika istehsalçısından – “Samsung” şirkətindən geri qalır. Ötən il Koreya istehsalçısının investisiya qoyuluşları 22 milyard dollara bərabər olub. Müqayisə üçün qeyd edək ki, 2012-ci ildə “Hewlett-Packard” (HP) şirkəti bu məqsədlər üçün 3,7 milyard, “Sony” 3,95 milyard dollar xərcləyib.

“Frog Design” şirkətinin sənaye dizaynının inkişafı üzrə direktoru Kormak Yubkans “Apple” ilə  digər texnoloji şirkətlər arasında fərqin olmasını qeyd edir. Onun sözlərinə görə, digər şirkətlər məhsullar hazırlayan zaman adətən mühəndis işinin əsas hissəsini müqavilə əsasında fəaliyyət göstərən tərəfdaşlarla birlikdə yerinə yetirirlər. "iPhone” və “iPad” istehsalçısı isə bu prosesi daha qənaətcil və sürətli hesab etdiyinə görə hər şeyi özünün etməsinə üstünlük verir.

Qeyd edək ki, “Apple” bu yaxınlarda hazırda əksər smartfonlarda geniş tətbiq olunan sapfir şüşə istehsalına 578 milyon dollar yatırıb, - "DailyComm www.dailycomm.ru” yazır.   




 

 



Baxış sayı: 775

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024