12px13px15px17px
Tarix:14/11/13

AzTU-da texnologiyaların ötürülməsinə dair beynəlxalq treninqlərə start verilib


Noyabrın  13-də  Azərbaycan Texniki  Universitetində  texnologiyaların  ötürülməsi  üzrə  beynəlxalq  treninqlər  başlayıb.

AzTU-dan verilən məlumata görə, bir  həftə  davam  edəcək  treninqlər  əqli  mülkiyyətin  qorunması,  elmi  kəşflərin  və  ixtiraların  patentləşdirilməsi,  istehsalata  tətbiq  olunması,  beynəlxalq  elmi  layihələrin  hazırlanması,  yeni  texnologiyaların  ötürülməsi  məsələlərini  əhatə  edəcək.

Treninqlərdə  Azərbaycan  Texniki  Universiteti  ilə  yanaşı,  Odessa  Çuma  Əleyhinə  Elmi-Tədqiqat  İnstitutu,  ARDNŞ-in  “Neftqazlayihə”  Elmi Tədqiqat  İnstitutu,  Azərbaycan  Texnologiya  Universiteti  (Gəncə),  AMEA-nın  müxtəlif  elmi tədqiqat  institutlarının  əməkdaşları  iştirak  edirlər.

Azərbaycan  Respublikası  Prezidenti  Yanında  Elmin  İnkişafı  Fondunun  icraçı  direktoru  Elçin  Babayev  və  Azərbaycan  Texniki  Universitetinin  rektoru,  professor  Havar  Məmmədov  dinləyicilər  qarşısında  çıxış  edərək  beynəlxalq  treninqin  əhəmiyyətindən  danışıb.

Qeyd edək ki, treninqlər  başa  çatdıqdan  sonra  bir  ay  ərzində  həmin  mövzular  üzrə  distant  təhsil  həyata  keçiriləcək.  Hər  bir  dinləyiciyə  mövzulara  uyğun  sertifikatlar  veriləcək. Treninqlərin keçirilməsində  Azərbaycan  mütəxəssisləri  ilə  yanaşı,  Ukrayna  Milli  Texniki  Universitetinin  nümayəndələri  də  iştirak  edirlər.

CAHANGİR



Baxış sayı: 1545

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024