12px13px15px17px
Tarix:16/11/13

“Microsoft” kibercinayətkarlıqla mübarizə mərkəzini istifadəyə verib


“Microsoft” korporasiyası əvvəllər mövcud olan “Digital Crimes Unit” bölməsini genişləndirərək onu ayrıca struktur kimi “Cybercrime Center” binasına köçürüb. Burada zərərli proqram təminatının ekspertizası aparılır, hüquq ekspertləri, müstəntiqlər və digər mütəxəssislər çalışır, həmçinin nəhəng kompüter şəbəkələrinin müşahidəsi aparılır.

Mərkəz nümayəndələrinin sözlərinə görə, birgə işə görə müxtəlif peşə yönümlü mütəxəssisləri bir arada toplamaq imkanı inkişafı dayanmadan davam edən kibercinayətkarlıqla mübarizə üçün yeni imkanlara şərait yaradır.  

Ümumilikdə mərkəzdə 100 nəfər çalışır ki, onların da 80 nəfəri “Microsoft”un proqram məhsullarının pirat versiyalarının vəziyyətini izləyir. Həmçinin korporasiya səhra əməliyyatları keçirir. Belə ki, bir müddət əvvəl xüsusi dəstə məxfi şəkildə Çin mağazalarında 20 kompüter alıb. Nə qədər təəccüblü olsa da, bu kompüterlərin hamısında “Windows” əməliyyat sisteminin pirat versiyası quraşdırılıb və zərərli proqram təminatının əlamətləri aşkar olunub, - "Onliner” www.onliner.by yazır.  



Baxış sayı: 757

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024