12px13px15px17px
Tarix:16/11/13

“Radiasiya tədqiqatları və onların praktiki aspektləri” mövzusunda VIII elmi konfrans keçiriləcək

20-21 noyabr 2013-cü il tarixlərdə saat 11:00-da AMEA Radiasiya Problemləri İnstitutunda akademik Mahmud Kərimovun 65 illik yubileyinə həsr olunmuş “Radiasiya tədqiqatları və onların praktiki aspektləri” mövzusunda VIII elmi konfrans keçiriləcək.
 
AMEA, AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Radiasiya Problemləri İnstitutunun birgə təşkilatçılığı ilə keçiriləcək tədbirdə Azərbaycan alimləri ilə yanaşı, dünyanın bir sıra ölkələrinin tanınmış alimlərinin iştirakı gözlənilir.Konfransda “Radiasiya tədqiqatları, onların praktiki aspektləri”, “Nüvə enerjisi, status və perspektivləri”, “Nüvə enerjisinin çevrilməsi prosesi və istifadə sahələri”, “Radiasiya materialşünaslığı (radiasiya kimyası, radiasiya fizikası, bərk cisimlərdə radiasiya effektləri)”, “Respublikada nüvə və radiasiya təhlükəsizliyinin mövcud problemləri”, “Radioekoloji durum, problemlər və onların həlli yolları” mövzusunda məruzələr dinləniləcək, müzakirələr aparılacaq.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 889

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024