12px13px15px17px
Tarix:18/11/13

“Elektron hökumət”lə bağlı suallar “Skype” vasitəsilə də cavablandırılacaq

Vətəndaşların “Elektron hökumət” portalı ilə ünsiyyət imkanı genişləndirilib. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, portalın rəsmi “Skype” ünvanı (e-gov.az1) istifadəçilərin ixtiyarına verilib. Bununla da vətəndaşlar suallarını sözügedən proqram vasitəsilə asanlıqla portala ünvanlaya bilərlər. Müraciət edənlərin sualları operativ şəkildə cavablandırılır.

Xatırladaq ki, “Elektron hökumət” - müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsinə şərait yaradır.

Yaradılan yeni imkanların əsas məqsədi xidmətlərin göstərilməsi üçün dövlət qulluqçuları və vətəndaşlar arasında olan “məsafə”ni maksimum azaltmaq, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır. Dövlət orqanları tərəfindən elektron xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətinin artırılması, vətəndaşların xidmətlərdən məmnunluğunun yüksəldilməsi bu məqsədə çatmağın vasitələridir. Beynəlxalq təcrübəyə əsasən vətəndaşların dövlət orqanları ilə təmaslarının daha münasib şəkildə təşkili üçün “bir pəncərə” prinsipi əsasında təşkil olunan və dövlət orqanlarının göstərdiyi elektron xidmətlərin cəmləşdirildiyi “Elektron hökumət” portalı tətbiq edilir.

CAHANGİR



Baxış sayı: 772

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024