12px13px15px17px
Tarix:19/11/13

“İKT və Təhsil” mövzusunda debat keçirilib

“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi (VCD) “İKT və Təhsil” mövzusunda “Bakı Gənclər Debat Forumu – Payız 2013” həyata keçirir.

 Gənclər və İdman Nazirliyinin dəstəyi ilə reallaşan layihə çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) ali təhsil müəssisələri üzrə ilk daxili forumu keçirilib. Forumda Azərbaycan bölməsi üzrə 42 komanda, 200 gənc iştirak edib. Cəmi 130-dan artıq debat raundu çərçivəsində gənclər müasir dövrdə aktual olan “İKT və Təhsil” mövzusu ətrafında debatlar aparıb. Forumdan əvvəl Azərbaycan Dövlət İqtisad Universitetində 500 tələbə üçün debat təlimləri keçirilib.

Forumun açılış mərasimində Prezident İlham Əliyevin 2013-cü ili “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan etməsi və bu sahədə gedən inkişaf və gənclərə göstərilən dəstəyi qeyd edən DVC sədri Seymur Hüseynov, ADU və Bakı şəhərinin digər təhsil müəssisələrində fəaliyyət göstərən debat klublar və onların fəaliyyəti haqqında danışıb:

“Bu gün debatlar yalnız Bakı şəhərində Debat Klubları vasitəsilə 26 ali təhsil müəssisəsini əhatə edir. 11 Regional Debat Mərkəzimiz vasitəsilə biz 9 iqtisadi rayonu, 45-dən artıq inzibati rayonu əhatə edirik. Gənclər debat vasitəsi ilə natiqlik sənətinə, inandırmaq və təsir göstərmək bacarığına yiyələnir, özlərində tənqidi təfəkkürü inkişaf etdirir, cəmiyyətimiz üçün aktual mövzuları fərqli baxışlardan təhlil edir, Azərbaycanın gənclər siyasətində fəal iştirak edirlər. Bütün bunları nəzərə alaraq bu gün debat – fərdi inkişaf üçün unikal bir alətdir”.

Qeyd edək ki, “Bakı Gənclər Debat Forumu – Payız 2013” oktyabr-dekabr 2013-cü il müddətini əhatə edir və “İKT və Təhsil” mövzusunda gənclər arasında silsilə təlim və debatların keçirilməsi, eyni zamanda, 50-yə yaxın müxtəlif səviyyəli tədbirlərin təşkilini nəzərdə tutur. Forumda Bakının 26 ali təhsil müəssisəsindən 2000-ə yaxın gəncin iştirakı planlaşdırılır. “Bakı Gənclər Debat Forumu” ildə iki dəfə keçirilməklə “Yaz” və “Payız” turnirlərindən ibarətdir. Forumun qalibi keçici kuboka sahib olur.



Baxış sayı: 908

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024