12px13px15px17px
Tarix:19/11/13

“Google” ABŞ-da mağazalar şəbəkəsi açır


"Google" şirkəti ABŞ-da "Nexus" mobil qurğuları və "Chromebook" noutbuklarının satılacağı mağazalar şəbəkəsi açır. Şirkətin məlumatına görə, bayram mövsümü ərəfəsində "Google" ABŞ-ın altı şəhərində - Nyu-York, Vaşinqton, Çikaqo, Los-Anceles, Sakramento və Paramusda "Winter Wonderlabs" adlı mağazalar şəbəkəsini istifadəyə verəcək.  

Alıcılar "Nexus" şirkətinin istehsalı olan smartfon, planşet kompüterlər, "Chromecast" qurğuları, eləcə də "Acer", "HP" və "Samsung" şirkətlərinin buraxdığı "Chromebook" noutbuklarını əldə edə biləcəklər.

Qeyd edək ki, şirkətlərin öz mağazasını açmaq praktikası istehlak elektronikası istehsalçıları və mobil rabitə operatorları arasında geniş yayılıb. Belə ki, "Apple", "Samsung", "Nokia" və digər şirkətlər öz mağazalar şəbəkəsinə malikdir, - "IT Expert www.itexpert.org.ua" yazır.  



Baxış sayı: 701

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024