12px13px15px17px
Tarix:19/11/13

“AzQtel” şirkəti “ITU Telecom World 2013” konfransında öz xidmətlərini sərgiləyir

Noyabrın 19-da Taylandın paytaxtı Bankokda "İTU Telecom World 2013" sərgi-konfransı öz işinə başlayıb. Beynəlxalq Telekommunikasiya İttifaqının himayəsi altında təşkil olunmuş və dünyanın 190-dan çox ölkəsində İKT sahəsində ixtisaslaşan 700-dən artıq qurumun qatıldığı forumda dövlət və hökumət başçıları, mobil operatorlar, internet provayderlərin nümayəndələri və  ekspertlər  iştirak edirlər.

Azərbaycan bu forumda rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərliyi ilə geniştərkibli nümayəndə heyəti ilə təmsil olunur. Sərgidə ölkəmizdə fəaliyyət göstərən 25 İKT şirkəti iştirak edir.
 "AzQtel" şirkəti də sərgi çərçivəsində öz məhsullarını təqdim edir. Eyni zamanda, şirkətin prezidenti Ceyhun Mollazadə konfrans çərçivəsində keçirilən müxtəlif sessiya və forumlarda iştirak edəcək.
    
Noyabrın 23-nə qədər davam edəcək konfransda "Mobil texnologiyalar və müəssisədə əməyin səmərəliliyi", "Rəqəmsal dünyada şəxsi həyatın təhlükəsizliyinin təmin edilməsi", "XXI əsrdə təhsil sahəsində İKT-nin əhəmiyyəti", "IPv6 əsasında qurulmuş İnternet" və digər mövzular ətrafında müzakirələr aparılacaq.
Qeyd edək ki, noyabrın 20-də Bankokda daha bir forum, 8-ci "GTİ (Global TD-LTE İnitiative)" seminarı öz işinə başlayacaq. Seminarda  Ceyhun Mollazadə geniş məruzə ilə çıxış edəcək.
 
RƏVAN 
 
 






Baxış sayı: 706

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024