12px13px15px17px
Tarix:20/11/13

Vətəndaşlar Azərbaycan İpoteka Fonduna qəbulla bağlı elektron qaydada müraciət edə bilərlər


Azərbaycan İpoteka Fondunun rəhbərliyi və aidiyyəti şöbələrin səlahiyyətli nümayəndələrinin qəbuluna elektron qaydada yazılmaq mümkündür.

“ICTnews” elektron xəbər xidmətinin fondun saytına istinadən verdiyi məlumata görə, qəbula yazılmaq üçün AİF-in saytına (www.amf.cbar.az) daxil olaraq elektron müraciət forması doldurulur. Müraciət formalarına baxıldıqdan sonra vətəndaşlarla əlaqə saxlanılır və qəbul günü təsdiq edilir. Qəbula gələn vətəndaşların şəxsiyyəti təsdiq edən sənədi təqdim etməsi zəruridir.

Qeyd edək ki, vətəndaşları hər həftənin cümə günü saat 15:00-dan 18:00-a qədər qəbul edilir. Həftə ərzində qəbul uçun müraciət edən vətəndaşların ümumi sayı 20-dən artıq olarsa, digər vətəndaşların qəbulu növbəti həftənin cümə gününə keçirilir.

Məlumat üçün bildirək ki, Azərbaycan İpoteka Fondunun elektron xidmətlər səhifəsinin də tezliklə istifadəyə verilməsi planlaşdırılır.

CAHANGİR



Baxış sayı: 693

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024