12px13px15px17px
Tarix:20/11/13

“Mail.ru” ABŞ-da biznesə başlayır



Rusiyanın “Mail.ru” resursu biznesinin Amerika istiqamətini “My.com”u və ona uyğun Qərb istifadəçiləri üçün nəzərdə tutulmuş servisləri işə salır.

“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, şirkət yetərincə hiyləgər yolla gedir və məlumatlarını ABŞ-dan kənarda, Amsterdamda saxlamaq niyyətindədir ki, onlar Milli Təhlükəsizlik Agentliyinin nəzərindən kənarda olsun.
“Mail.ru” hesab edir ki, “My.com”un ABŞ-da işə salınması şirkətə Rusiyadakı kimi uğur əldə etməyə imkan verəcək. Şirkətin məlumatında bildirilib ki, Amerika bazarı, “Mail.ru”nun bu günədək işlədiyi ən rəqabətli və mürəkkəb bazalardan biridir.
 
Xatırladaq ki, “Mail.Ru” Amerika bazarına çıxmaq cəhdi edən ilk iri Rusiya oyunçusudur. Şirkət elektron poçt servisini, çat-proqramı istifadəyə vermək və Kaliforniyada kiçik  ofis açmaq niyyətindədir.

“My.com” portalı istifadə üçün pulsuz olacaq, elektron poçt və messencer servisləri isə “Freemium” modeli üzrə işləyən “Jungle Heat” kimi  oyun proqramlarının satışı və trafikin ötürülməsi üçün “parovoz” kimi istifadə edilir. “Mail.ru”dan bildirilib ki, bütün softveyr tərtibatları həmişəki kimi Rusiyada həyata keçiriləcək, serverlər və məlumatlar isə Niderlandda yerləşdiriləcək.

“Mail.Ru”nun başçısı Dmitri Qrişin qeyd edib ki, Niderlandda məlumatların yerləşdirilməsi   - şəxsi elektron məktubların və “messindcinq” məlumatların saxlanılması üçün “yaxşı neytral yer” seçimidir.

Qrişin onu da bildirib ki, Amerika bazarı daha çox yerli şirkətlərlə məşğuldur və normal inkişaf üçün burada beynəlxalq rəqabət olmalıdır. Bundan başqa, o əmindir ki, artıq Silikon vadisinin dünya İT-tərtibat mərkəzi olduğu yer kimi qəbul edilməsi reallığa uyğun deyil.

Aynur Vəliyeva
 



Baxış sayı: 1421

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024