12px13px15px17px
Tarix:21/11/13

“Yerin kosmosdan müşahidəsi və onun üstünlükləri”


"Azərkosmos" ASC-nin əməkdaşları Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında "Azərbaycan Respublikasında elektron idarəetmə geoməkan məlumatlarının istifadəsi" istiqaməti üzrə qısamüddətli ixtisasartırma kursu çərçivəsində dövlət hakimiyyətinin mərkəzi, şəhər, rayon miqyaslı orqanlarının, nümayəndəli orqanların, müvafiq nazirlik, komitə və idarələrin rəhbər işçilərinə "Yerin kosmosdan müşahidəsi və onun üstünlükləri" mövzusunda mühazirə oxuyublar. Mühazirənin məqsədi iştirakçılarla kosmik məlumatlar sahəsində nəzəri bilikləri bölüşmək və kosmik məlumatların aidiyyəti orqanların fəaliyyətində tətbiqi imkanları barədə məlumatları çatdırmaqdan ibarət olub.

Həmçinin mühazirə zamanı dinləyicilərə 15 aprel 2013-cü ildə "Azərkosmos" ASC və Dövlət Neft Şirkəti tərəfindən imzalanan xidməti müqaviləyə əsasən Neft Daşları və Çilov adası ətrafı ərazilərdə radar peyk təsvirlərinin köməyi ilə həyata keçirilmiş dənizdə neft çirklənməsinin monitorinqi layihəsi barədə ətraflı məlumat verilib.
 



Baxış sayı: 814

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024